Çexiya Respublikasında təhsil

06 Oktyabr 2016

                                                                    Elm Çində də olsa, onun ardınca gedin.

                                                                                   ( Məhəmməd peyğəmbər )

 

6 oktyabr 2016-cı il tarixində Association Təhsil Mərkəzinin rəsmi nümayəndələri Akademik Zərifə Əliyeva adına liseyin qonağı oldular.  Tədbirdə liseyin 9r1, 9r2, 9r4 sinif şagirdləri iştirak edirdilər. Sholpan Tamazanova və Yirji Sheykal Çexiya Respublikası, oradakı təhsil sistemi haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verdilər.

Məlumdur ki, Çexiyanın paytaxtı Praqa şəhəri Avropanın mərkəzi sayılır. Təhsil almaq istəyənlər dünyanın dörd bir tərəfindən  bu şəhərə üz tuturlar. Çexiyada ingilis, rus və çex dillərində bakalavr, magistr və ya dokorantura üzrə təhsil almaq imkanı var. Praqanın ən nüfuzlu universiteti olan Karlov Universiteti dünyanın ən yaxşı 100 universiteti siyahısına daxildir.

Tədbir iştirakçıları Çexiyanın aşağıda adı çəkilən tanınmış universitetləri, həmin universitetlərə qəbul qaydaları ilə də tanış oldular.

Çexiyanın tanınmış universitetləri:

1.     Karlov Universiteti

2.     Masarik Universiteti

3.     Çex Texniki Universiteti

4.     Brno Texnologiya Universiteti

5.     Praqa İqtisad Universiteti

6.     Praqa Aqrar Universiteti

7.     Praqa Kimya Texnologiyası Universiteti

Tədbir iştirakçıları maraqlandıran suallar cavablandırıldıqdan sonra yekunlaşdı.