Elanlar

Qəbul qaydaları

Diqqət! Diqqət!

1. 2017-2018-ci tədris ili üçün IX siniflərə qəbul elan edilir.

2. Müsahibədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların  Azərbaycan və rus bölmələrinin 8 sinfini yaxşı  və əla qiymətlərlə bitirən şagirdlər iştirak edə bilərlər.

3. Liseyə qəbul 2 mərhələli müsabiqə yolu ilə keçirilir:

I mərhələ : məntiq, riyaziyyat, ana dilindən test imtahanı

II mərhələ: seçdiyi təmayülə görə fənlər üzrə test  imatahanı

II mərhələdə yazılı test imtahanında şagirdlər aşağıdakı fənlər üzrə imtahan verəcəklər:

  • Riyaziyyat-texniki təmayüllü sinif :

Fizika, kimya, ingilis dili

  • Riyaziyyat-iqtisadiyyat təmayüllü sinif :

Azərbaycan dili, tarix, coğrafiya, ingilis dili

  • Humanitar fənlər təmayüllü sinif :

Tarix, ədəbiyyat, ingilis dili

  • Təbiət fənləri təmayüllü sinif:

Fizika, kimya, biologiya, ingilis dili

Məntiq imtahanı

Şagirdin məntiq səviyyəsinin ölçülməsi məqsədilə aparılır.

Sənədlər elektron şəklində sayt vasitəsi ilə qəbul edilir. Elektron sənəd göndərildikdən sonra aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır. Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən həftə içi hər gün (şənbə və bazar günü istisna olmaqla) 14:00-dan 16:00-dəkdir.

  • Doğum haqqında şəhadətnamənin surəti (ancaq surəti)
  • 4 ədə 3×4 ölçüdə rəngli fotoşəkil
  • Yarımillik qiymət cədvəli