Yasamal rayonu məktəblərinin iştirakı ilə keçirilən Novruz tədbiri

17 Mart 2017

17 mart 2017-ci il tarixində Yasamal rayonu məktəblərinin iştirakı ilə Novruz tədbiri keçirildi. Tədbirdə liseyi 9-cu sinif şagirdləri və liseyin rəhbəri Mehriban Vəliyeva, müdir müavinləri Leyla Fətiyeva, Həcər İsrafilova təmsil edirdilər. Rəsmi qonaqlar tərəfindən guşəyə baxış keçirildikdən sonra 9-cu sinif şagirdlərinin iştirakı ilə kiçik səhnəcik və idman müəllimi Hüseyn Hüseynov tərəfindən hazırlanmış qədim oyunlarımızdan olan qurşaqtutma nümayiş etdirildi.