Yasamal rayon Heydər Əliyev Mərkəzində “Açıq Hökümət anlayışı və Azərbaycanda tətbiqi” mövzusunda tədbir.

24 Noyabr 2016

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Açıq Hökümət anlayışı və Azərbaycanda tətbiqi” mövzusunda tədbir

Noyabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “ Açıq Hökümət anlayışı və Azərbaycanda tətbiqi”mövzusunda tədbir keçirildi. Liseyimizin şagirdləri həmin tədbirdə iştirak etmişdir. Yasamal rayon İcra Hakimiyyətinin hümanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov giriş sözü ilə tədbiri açaraq bildirdi ki,Qeyri hökümət təşkilatlarının və kutləvi informasiya vasitələrinin fəaliyyəti maarifləndirmə xarakteri daşıyır və açıq hökumətin prinsipləri şəffaflıq,iştirakçılıq və əməkdaşlıq olduğunu bildirdi. Dövlət İdarəçilik Akademiyasının müəllimi İsmayıl Kərimov mühazirə ilə çıxışı zamanı Hökümət – Dövlət və Hökümətin vətəndaşlara açıq hökümət anlayışının çoxmənalı termin olduğunu , və bu terminin cəmiyyət, məlumatların,standartların əksi,açıq interfeys və mənbə proqramlarını və açıq kommunikasiya sistemlərini əhatə etdiyini qeyd etdi. Sonra Qeyri-Hökümət Təşkilatının sədri Əhməd Abbasbəyli çıxışında azərbaycanda açıq hökümətin tarixçəsindən,açıq hökümətin təşviqinə dair “Milli Fəaliyyət Planı” nın istiqamətlərindən ətraflı məlumat verdi.

Sonda liseyimizin şagirdləri Heydər Əliyev muzeyində xatirə şəkli çəkdirdilər