Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya

14 Dekabr 2017

  14 dekabr 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin 9a4+ sinif  şagirdləri Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğuna səfər etdilər. Burada şagirdlər möcüzəvi Yanardağ ilə yaxından tanış olub qoruq haqqında ətraflı məlumat aldılar. Qoruq ərazisindəki yel dəyirmanları, at arabası, qaval daşları və digər maddi mədəniyyət nümunələri şagirdlər tərəfindən maraqla qarşılandı. Beləliklə şagirdlərimiz öz asudə vaxtları çərçəvəsində həm  qədim mədəniyyətimiz və tariximiz barədə məlumat toplayıb, həm də təbiət qoynunda istirahət etdilər.