Xocalı dərsi

26 Fevral 2021

26.02.2021-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə birinci dərslər Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuşdur.

    İstər distanat, istərsə də əyani  formatda keçirilmiş dərslərdə Xocalı soyqırımını özündə əks etdirən video materiallar nümayiş etdirilmiş, Xocalı faciəsinin baş vermə səbəbləri, xalqımızın həyatında silinməz iz qoyması, xalqın mübariz ruhu barədə şagirdlərlə fikir mübadiləsi aparılmışdır.

    II Qarabağ müharibəsində Azərbaycanın igid oğullarının göstərdiyi qəhrəmanlıqdan bəhs olunmuşdur.

https://www.youtube.com/watch?v=4J6u6XfOPQg&t=95s