Xatirələrdə yaşayanlar

27 Sentyabr 2021

Bu gün liseydə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü qeyd olunmuşdu.

    Anım Günü tədbirində liseyimizin 2012-ci il məzunu, Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Namiq  Quliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə  xatirə lövhəsinin açılışı keçirilmişdi.

       44 günlük müharibədə qəhrəmanlıq göstərən liseyimizin məzunları Əhmədpur Söhrab, Əhmədzadə Elvin və Usubov İslam xatirə lövhəsinin açılışında bilavasitə iştirak etdikləri üçün qürur və fəxarət hissi keçirdiklərini bildirdilər.

    Liseyin rəhbərliyi və müəllimləri, şəhidin ailə üzvləri, sinif yoldaşları, döyüş yoldaşları tədbir iştirakçıları ilə Namiq haqqında xatirələrini bölüşdülər.