Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində şagirdimiz I yerə layiq görüldü

03 May 2017

Təhsil millətin gələcəyidir.

Heydər Əliyev

3 may 2017-ci il tarixində "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Akademik Zərifə Əliyeva adına liseyin 9r2 sinif şagirdi Salmanlı Amilin təqdimatı "Ən yaxşı təqdimat" seçilərək I yerə layiq görülüb. Onun bu uğuru qazanmasında Rus dili və ədəbiyyat müəllimi Hacıyeva Alla xanımın dəstəyi danılmazdır. 

Bu önəmli uğur münasibətilə liseyimizin Rus dili və ədəbiyyat müəllimi Hacıyeva Alla xanımı, onun şagirdi Salmanlı Amili təbrik edir və uğurlarının bol olmasını arzulayırıq.