Ulu öndərimizin şərəfli ömür yolu hər birimiz üçün həyat məktəbidir

24 May 2023

Ulu öndərimizin şərəfli ömür yolu hər birimiz, xüsusilə də gələcəyimiz olan gənclərimiz üçün həyat məktəbidir. 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində Akademik Zərifə Əliyeva adına liseyin müəllim-şagird heyətinin bir qismi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasındakı " Şöhrət " muzeyini ziyarət etmiş və Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən arxiv materialları, orijinal tarixi sənədlər, foto materiallar və s. eksponatlarla tanış olmuş, sonda isə xatirə şəkli çəkdirmişdir. 

Muzeyi ziyarət edə bilməyimizə şərait yaratdıqları üçün Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının, o cümlədən akademiyanın nəzdindəki  " Şöhrət " muzeyinin rəhbərliyinə və muzeyə ziyarətimizi təşkil edən əməkdaşlara dərin və sonsuz minnətdarlığımızı bildiririk.