“Ulu Öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları” mövzusunda sərgi-konfrans

08 Dekabr 2016

   08. 12. 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində onun xatirəsinə həsr olunmuş  “Ulu Öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları” mövzusunda sərgi-konfrans keçirildi. Tədbir  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli kitabxanası, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kofedrası və Akademik Zərifə Əliyeva adına liseylə birgə keçirilmişdir.

   Tədbir iştirakçıları və qonaqlar  Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.

  Saat 11:00-da Akademik Zərifə Əliyeva adına liseyin foyesində təşkil olunmuş sərgi açıq elan edildi. Azərbaycan Respublikasının Himni səsləndi. Bir qrup  şagird giriş sözündən sonra musiqi kompazisiya ilə çıxış etdi. Sərgidə şagirdlər və qonaqlar Ulu Öndərin 1995-ci ildə şəxsi kitabxanasından Milli Kitabxanaya hədiyyə etdiyi, təmasda olduğu və qeydlər apardığı kitablarla tanış oldular.

  Saat 12:00-da liseyin xatirə zalında konfrans keçirildi. Konfrans Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında çıxışına dair qısa videoçarxın nümayişi ilə başlandı.

   Giriş sözü ilə Akademik Zərifə Əliyeva adına liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban xanım Vəliyeva çıxış etdi.

   Konfransda “Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi” mövzusunda M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi professor  KərimTahirov ,“Yeniyetmələrin və gənclərin mənəvi tərbiyəsində Heydər Əliyevin zəngin irsinin əhəmiyyəti” mövzusunda     BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, filiologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov çıxış etdilər.

                   Konfrans “Heydər Əliyev və Azərbaycan” mövzusu ilə Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş təqdimat müsabiqəsinin qalibi Eliza Məmmədovanın çıxışı ilə yekunlaşdı.

Konfransda Ulu Öndərin şəxsi nümunəsində milli-mənəvi dəyərlərə münasibət və mütaliə mədəniyyəti ön plana çəkildi.

https://prezi.com/qwpmerdcg50v/bizim-n-boyuk-vzifmiz/