Türkiyənin Antalya şəhərində olimpiada

06 Noyabr 2016

Beynəlxaq Olimpiada

31 oktyabr- 7 noyabrın tarixlərində Türkiyənin Antalya şəhərində məktəblilərin və kollec tələbələrinin VIII Beynəlxalq Bilik Olimpiadası keçirilib.

Olimpiadada şagird və tələbələr müxtəlif fənnlər üzrə yarışmış, özlərinin bilik və bacarıqlarını nümayiş etmişlər.

Liseyimizi olimpiadada 9 şagird təmsil etmişdir. Şagirdlərimizə bir neçə fənn üzrə olimpiadada iştirak etmək üçün şərait yaradılmışdır.

Olimpiadanın nəticələrinə əsasən şagirdlərimiz 4 qızıl, 4 gümüş, 6 bürünc medal qazanmışlar. 
1. Səmədzadə Muhamməd (11a1)-riyaziyyat I yer; ingilis dili III yer
2. Qurbanov Nicat(11a2+)-coğrafiya III yer; riyaziyyat III yer
3. Abbaslı Elmir(11a2+)-coğrafiya III yer
4. Məhərrəmova Aytən(11a3)- türk dili II yer; ingilis dili III yer
5. Dadaşov Riad (11r2)- coğrafiya II yer; rus dili II yer
6. Ismayılov Hüseyn (11r2)- coğrafiya I yer
7. Aslanzadə Nihad (10a4)- fizika I yer; riyaziyyat II yer; ingilis dili III yer; stolüstü tenis üzrə I yer
8. Məmmədzadə Vaqif (9r4)- biologiya I yer