Texnika elmləri doktoru , professor Eldar Şahbazovla görüş

22 Noyabr 2019

22.11. 2019-cu il trixində Akademik Zərifə Əliyeva adına liseydə  Nanoelm və nanotexnologiyanın inkişafına görə  YUNESKO mükafatına layiq görülmüş, elmi nailiyyətləri YUNESKO ensiklopediyasına daxil edilmiş ilk milli sərvətimiz olan  Texnika elmləri doktoru , professor Eldar Qəşəm oğlu Şahbazovla görüş keçirilmişdir

          E. Şahbazov şagirdlərə nanotexnologiya  sahəsində etdiyi ixtiralardan danışmış, ixtiralarının neft və qaz sənayesində spesifik əhəmiyyətini izah etmişdir. Daha sonra E.Şahbazov Azərbaycan Respublikasında çalışan alimlərin nanotexnologiya sahəsində apardığı elmi-tədqiqat işlərindən geniş söz açmış, müəllim və şagirdlərin  nanotexnologiyalarına aid suallarını cavablandırmışdır.

     Liseydə təhsil alan şagirdlərin elmi işləri ilə maraqlanan alim müəllifi olduğu “Akademik Azad Mirzəcanzadə-Neft elminin fenomeni” adlı kitabını tədbirdə  fəal iştirak edən şagirdlərə və müəllimlərə təqdim etmişdir.

     Tədbirin sonunda  liseyin müəllim  və şagird kollektivi ilə  xatirə şəkli çəkilmişdir.