Tarix müəllimimiz Zemfira Məhəmmədova qızıl medala layiq görülüb

07 Sentyabr 2017

  Avropa Nəşr Mətbuat Evinin təsis etdiyi "Ən Yaxşılar" mükafatının sahibləri bəlli olub. Sevindirici haldır ki, qaliblər arasında Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi Zemfira Məhəmmədova da yer alıb. Zemfira xanım "Ən Yaxşı Tədqiqatçı Tarix Müəllimi" nominasiyası üzrə qızıl medala layiq görülüb. Qalibə təqdim edilən diplomda yazılır:

"Avropa Nəşr Mətbuat Evi mükafat komissiyasının qərarına əsasən milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, interaktiv müasir üsulların əsasında orta məktəblərdə tarixin tədrisi, təhsildə informasiya texnologiyalarının tətbiqi, yeni kurrikulum təlimi, dərsliklərin təkmilləşdirilməsi, tarixin müasir tələblər səviyyəsində tədris olunması sahəsində apardığı uğurlu tədqiqatlarına, elmi təkliflərinə, tədris vəsaitlərinə, gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında və ölkədə tarix elminin inkişafında göstərdiyi xidmətlərinə görə Akademik Zərifə Əliyeva adına liseyin Tarix və İçtimai Fənlər üzrə müəllimi Zemfira Məhəmmədova Ən Yaxşı Tədqiqatçı Tarix Müəllimi ünvanı ilə qızıl medalla təltif edilir."

Tarix müəllimimizi təbrik edir, uğurlarının davamını diləyirik.