Suqovuşan üç rayonu suya qovuşdurdu.

04 Oktyabr 2020

Bilirsinizmi? Tərtər rayonunun Madagiz kəndi 3 oktyabr 2020-ci il tarixində Silahlı Qüvvələrimiz tərəfindən ikinci dəfə işğaldan azad edilmiş və tarixi adı - Suqovuşan bərpa edilmişdir.

     Suqovuşan ilk dəfə 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında erməni quldurları tərəfindən yenidən Suqovuşanı işğal edilmişdir.

     Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı 28 il ərzində işğal altında olub.

       Kənd ərazisində Tərətər, Goranboy və Yevlax rayonlarının su təminatı üçün Suqovuşan su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. 2022-2023-cü illərdə Suqovuşandan başqa ölkələrə balıq və qara kürü ixracı  planlaşdırılmışdır.

       Şanlı ordumuzun qəhrəmanlığı sayəsində təbii sərvətlərlə zəngin torpaqlarımız özümüzə qaytarıldı.Suqovuşana qovuşmaq böyük ekoloji problem olan su ehtiyatlarının təmin olunması deməkdir.Suqovuşan və Talış yaşayış məntəqələrinə yol çəkilir.

Bu mövzuda bütün siniflərdə maarifləndirici dərslər keçirildi.