Sizinlə qürur duyuruq

23 İyul 2021

Bu gün liseyin 2021-ci il məzunlarına qızıl və gümüş medallar və xüsusi nümunəli  attestatlar təltif olundu.

     Attestatları və medalları təltif edən zaman liseyin direktoru Aynur Hüseynova  məzunları təbrik edərək gələcəkdə bundan da böyük nailiyyətlər qazanacaqlarına əmin olduğunu qeyd etdi.

        Təhsildə xüsusi nailiyyətlər qazanmış məzunlarımızı:

1. Əkbər Vahablını  – qızıl medala;

2. Fatimə Abasovanı – qızıl medala;

3. Aydan Alməmmədlini – qızıl medala;

4. Nigar Babayevanı – qızıl medala;

5. Leyla Nüseynlini – qızıl medala;

6. Mahir Sadıxovu  – qızıl medala;

7. Fərzəlizadə Şamili – qızıl medala;

8. İslam Əliyevi – gümüş medala;

9. Toğrul Babayevi – gümüş medala;

10. Ələsgər Tarverdiyevi – gümüş medala layiq görüldükləri münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayırıq.

      Yolunuz açıq olsun! Sorağınız zirvələrdən gəlsin!