Şagirdlərimiz "The best innovative solution" nominasiyasında qalib gəlib

19 Aprel 2023

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) dəstəyi ilə "Marriott Boulevard" hoteldə Heydər Əliyevin 100 illiyi münasibətilə ilə İqlim dəyişikliyi təsirlərinin azaldılması və uyğunlaşma tədbirləri üzrə Məktəb Simpoziumu keçirilib.Simpoziumda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Elm və Təhsil naziri Emin Əmrullayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi, ,"EU4Climate" Layihəsinin koordinatoru Nazim Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov və Əməkdar artist Bəhram Bağırzadə, "Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı çıxış ediblər.Simpozium çərçivəsində 13 beynəlxalq və dövlət məktəbinin 100-ə yaxın şagirdlərinə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün platforma təqdim edilib.
Şagirdlərimiz də bu müsabiqədə iştirak ediblər və "Ən Yaxşı İnnovasiya Həlli Mükafatına" layiq görülüblər.
Qaliblər XI sinif şagirdlərimiz Mədinə Cəfərzadə, Əminə Məmmədli, Zəhra Məcidli, X sinif şagirdlərimiz Fatimə Balamirzəyeva, Şayen Şimşək, Mirvari Məmmədli olublar.
Şagirdlərimiz təbrik edirik!