Şagirdlərimiz tennis yarışlarında üçüncü oldular

05 Dekabr 2017

 Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 05.12.2017 tarixində stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd stolüstü tennis idman növünün rayon ərazisində təbliğ və inkişaf etdirmək, rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmana, o cümlədən stolüstü oyunlara maraqlarının dolğun şəkildə təmin olunması, bacarıqların üzə çıxarılması və dəstəklənməsi, perspektivli idmançıları müəyyənləşdirməkdən ibarətdir.

  Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri tennis yarışlarında III yerə çıxdılar. Biz də şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik.