Şagirdlərimiz şahmat yarışlarında birinci oldular

08 Noyabr 2017

  Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 08.11.2017 tarixində “Şahmat-Dama Klubu” İctimai Birliyində şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd şahmat idman növünün rayon ərazisində təbliğ və inkişaf etdirmək, rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmana, o cümlədən stolüstü oyunlara maraqlarının dolğun şəkildə təmin olunması, bacarıqların üzə çıxarılması və dəstəklənməsi, perspektivli idmançıları müəyyənləşdirməkdən ibarətdir.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri bütün rəqiblərini üstələyərək I yerə çıxdılar. Yarışlarda liseyimizi aşağıdakı şagirdlər təmsil edirdilər:

Aslan Sadıqlı (11a1)
Sadiq Ağayev (11a1+)
Qəhraman Kazımlı (10r4)
Taleh Tağıyev (10r1)
Həqiqət Əhmədova (9a1)
Gülnar Hüseynli (9a2)

Biz də çempionlarımızı təbrik edir və uğurlarının davamını diləyirik.