Şagirdlərimizin Respublika Fənn Olimpiadalarında əldə etdikləri medalların sayı 16 oldu

17 May 2022

14.05.2022-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Riyaziyyat, fizika, biologiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirlib. Yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesi yekunlaşmış və nəticələr artıq məlumdur.

Belə ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanmışdırlar.

15.05.2022-ci il tarixində ADA Universitetində və Bakı Mühəndislik Universitetində keçirilən informatika fənni üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turunun yekun nəticələri də məlumdur. İnformatika fənnindən aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanmışdırlar. Yuxarı yaş qrupu üzrə isə finalçıların 50%-i 5 qızıl medalçı , 8 gümüş medalçı , 12 bürünc medalçı olmaqla qalib elan edilmişdir.

Şagirdlərimiz Azərbaycan dilindən 2, Biologiya 4, Fizika 2, İnformatika 5, Riyaziyyat 1,Tarix fənnindən 2 olmaqla ümumilikdə 16 medal əldə ediblər. 

Qeyd edək ki, 18 may tarixində daha 5 şagirdimiz Kimya fənnindən olimpiadada iştirak edəcəkdir.