Şagirdlərimiz Dünya Robot Olimpiadasının Azərbaycan finalından bürünc medal qazanıblar

25 Sentyabr 2022

Liseyimizin direktoru Fərqanə xanım İsayeva 24-25 Sentyabr tarixilərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AREA -nın (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) birlikdə təşkil etdikləri Dünya Robot olimpiadasının Azərbaycan finalında iştirak edən şagirdlərimizlə görüş keçirərək yarışmada iştirak edən şagirdlərimizə gözəl çıxışları üçün ürəkdən təbrik edib. Şagirdlər yarışın ab-havasını, həyəcanlı anlarını bölüşüblər .
Qeyd edək ki, şagirdlərimiz 3 kateqoriya üzrə yarışda iştirak ediblər. "Future Innovators Senior" kateqoriyası üzrə iştirak edən şagirdlər yüksək nəticə əldə edərək III yerin sahibi olublar. Qaliblərimiz medal, sertifikat və 1000 AZN məbləğində pul mükafatı qazanıblar.
Qaliblərimizi təbrik edirik, digər yarışma iştirakçılarımıza təşəkkür edirik. Qarşıdakı yarışlarda bol-bol uğurlar arzulayırıq.