Şagirdlərimiz dama yarışlarında birinci oldular

25 Oktyabr 2017

 Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25-26 oktyabr 2017 tarixində  “Şahmat-Dama Klubu” İctimai Birliyində 64 xanalı dama üzrə rayon birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd dama idman növünün rayon ərazisində təbliğ və inkişaf etdirmək, rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmana, o cümlədən stolüstü oyunlara maraqlarının dolğun şəkildə təmin olunması, bacarıqların üzə çıxarılması və dəstəklənməsi, perspektivli idmançıları müəyyənləşdirməkdən ibarətdir.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri bütün rəqiblərini üstələyərək I yerə çıxdılar. Yarışlarda liseyimizi aşağıdakı şagirdlər təmsil edirdilər:

Uğur Məmmədzadə (10a2)
Tərlan Abdullayev (9a4)
Amil Vəliyev (9a4+)
Əziz Əhmədov (9a1)
Şəbnəm Mirzəyeva (9a4)
Leyla Abbaslı (9r2)

Biz də çempionlarımızı təbrik edir və uğurlarının davamını diləyirik.