Şagirdlərimiz Çində təşkil olunmuş beynəlxalq tədbirdə iştirak etdilər.

03 Oktyabr 2019

“The 3rd Belt and Road Teenager Maker Camp and Teacher Workshop”

24-30.09.2019 – cu il tarixində liseyimizin 5 şagirdi (M. Nəcəf, M. Sara, İ. Fidan, Ə. Leyli, K. Yusif) və 2 müəllimi (S. İradə, H. Aynur) Çin Xalq Respublikasının Nanninq şəhərində keçirilən

“The 3rd Belt and Road Teenager Maker Camp and Teacher Workshop”tədbirində iştirak edərək liseyimizi və ölkəmizi yüksək səviyyədə təmsil etdilər.

Tədbirin məqsədi mədəniyyətlərarası mübadiləni möhkəmlətmək, gənc nəsli innovativ fikirlərə ruhlandırmaq,beynəlxalq anlayışı təbliğ etmək idi. Düşərgə şagirdlərə beynəlxalq səviyyədə öz yaşıdları ilə əməkdaşlıq etmək, fikir mübadiləsi aparmaq, təcrübəli müəllimlərin bələdçiliyi ilə Çinin aparıcı məktəblərində elmi laboratoriyalarda komandada çalışaraq bilik əldə etmək imkanı verir.

Müəllimlər üçün təşkil olunmuş seminarlarda müxtəlif  ölkərdən olan müəllimlər öz təhsil təcrübəsi ilə bölüşür və STEAM təhsil modeli çərçivəsində bacarıqlarını inkişaf etdirirlər. 

Dünyanın müxtəlif yerlərindən olan gənc alimlər bu düşərgədə elm və texnologiyanın köməyi ilə uzunömürlü dostluq qurururlar.

İştirakçı şagirdlərimiz “Ən yaxşı təqdimat” və “ Ən yaxşı komanda işi” nominasiyaları üzrə medal və sertifikatlara layiq görüldülər.