Şagirdlərimiz Beynəlxalq Riyaziyyat yarışmasında qalib oldular

22 Noyabr 2021

96 ölkədən 5000-dən artıq şagirdin iştirak etdiyi Beynəlxalq Riyaziyyat yarışmasında ( International Math Challenge-2021 ) 12 şagirdimiz qalib oldu.
Onlardan 3-ü qızıl sertifikat, 4-ü gümüş sertifikat, 4-ü bürünc sertifikat və 1 nəfər IV yer sertifikatı əldə etmişdir.
Qeyd edək ki, yarışma 12-13 noyabr tarixlərində keçirilmişdir.
Bütün qalib şagirdlərimizi təbrik edirik.