Şagirdlərimiz Beynəlxalq Moot Court müsabiqəsindən uğurlu nəticə ilə döndülər

27 Yanvar 2018

  21-27 yanvar 2018-ci il  tarixlərində Akademik Zərifə Əliyeva adına liseyin 8 nəfər şagirdi və 1 nəfər müəllimdən ibarət heyəti Nyu-Yorkun Məhkəmə Resursları Mərkəzinin və Haaqa şəhərinin İqtisadiyyat, Beynəlxalq əlaqələr, Gənclər və Təhsil bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən İnternational “Moot Court” müsabiqəsində Azərbaycanı təmsil etdilər. 13 ölkənin iştirak etdiyi bu müsabiqədə şagirdlər real hakimlər qarşısında prokuror və vəkil vəzifələrini icra edirdilər. Müsabiqə zamanı Azərbaycanı təmsil edən 8 nəfər şagird uğurlu çıxışlarına görə sertifikatla təltif olundular. XI sinif şagird Məmmədova Eliza komandanın ən yaxşı natiqi (“Best Onalist of the Team”) nominasiyasında qalib sertifikatı qazandı.

  Müsabiqə haqqında daha ətraflı məlumatlı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://editie070.denhaag.nl/nl/editie-no-31/van-baku-naar-den-haag/#