Şagirdlərimiz beynəlxalq INFOMATRIX 2018 müsabiqəsindən uğurlu nəticələrlə döndülər

15 May 2018

  Hər il olduğu kimi bu il də Rumıniyanın paytaxtı Buxarest şəhərində beynəlxalq INFOMATRIX layihə müsabiqəsi keçirilmişdir. Bu ilki müsabiqə 10-15 may tarixlərində keçirilmiş və 43 ölkədən 500-dən çox şagird 331 layihə ilə qatılmışdır. Akademik Zərifə Əliyeva adına lisey yarışlarda 5 komanda ilə 3 fərqli kateqoriyada iştirak etmişdir. Şagirdlərimizin nəticələri uğurlu olmuşdur. Belə ki, onlar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışlar.

Qaliblərimizi təqdim edirik:

Naim Xuduzadə 9r1 (qızıl)
Elvin Bilalov 9r5 (gümüş)
Eltac Allahyarlı 9r5 (gümüş)
Ruslan Bayramov 9r1 (bürünc)
Azər Cabbarlı 9r1 (bürünc)
Kamran Hümbətov 9r1 (bürünc)
Haqverdi Əliyev 9a2 (həvəsləndirici)

Şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik.