Şagirdlərimiz Bakutel-2017 sərgisində oldular

08 Dekabr 2017

  05.12.2017 tarixində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” sərgi və konfransı öz işinə başladı. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edirdi. “Bakutel” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilirdi.

  08.12.2017 tarixində liseyimizin 9a1 və 9r1 siniflərinin şagirdləri Bakutel-2017 sərgisində oldular. Sərgi şagirdlərimizin böyük marağına səbəb oldu.