Şagirdimizdən növbəti uğur

08 Dekabr 2022

29 oktyabr tarixində liseyimizin 11r2 sinif şagirdi Salihov Mahmud İ.Əfəndiyev adına Elitar Gimnaziyada təşkil olunmuş “Sərhədsiz Riyaziyyat” turnirinin payız turunun qalibi olmuş və 1-ci yerə layiq görülmüşdür. Diplom və medalla təltif olunmuş şagirdimizi ürəkdən təbrik edir və gələcək yarışmalarda da uğurlar arzulayırıq.