Şagirdimiz 5 Tibb Universitetinə qəbul olub

11 Avqust 2022

Liseyimizin yeni məzun olan şagirdi Murad Abdulhəmidov IV qrup üzrə Estoniya, Rusiya və Türkiyə tibb universitetlərinə qəbul olub. Həmin universitetlər aşağıdakılardır:
Estoniya, Tartu Universiteti
Türkiyə, Hacettepe Universiteti
Türkiyə, İstanbul Medipol Universiteti
Türkiyə, Orta Doğu Texnik Universiteti
Rusiya, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti  

Qeyd edək ki, Murad XI sinfi qızıl nişanla bitirən şagirdlərimizdəndir.
Bu münasibətlə şagirdimizi təbrik edir, ona universitet həyatında bol-bol uğurlar arzulayırıq.