Şagirdimiz Ziya Muxtarovdan daha bir nailiyyət!

10 Sentyabr 2017

  Rusiyanın paytaxtı Moskva şəhərində 2017-ci ilin sentyabrın 4-dən 9-na kimi 2-ci Meqapolislər Olimpiadası keçirilmişdir. Böyük şəhərləri təmsil edən komandalar kimya, fizika, riyaziyyat və informatika fənləri üzrə öz bilik və bacarıqlarını nümayiş etdirdilər. 

  Komandaların heyəti 8 nəfər şagirddən ibarət idi. Bu il paytaxtımız Bakını təmsil edən məktəblilərdən biri də liseyimizin şagirdi Ziya Muxtarov idi. 11-ci sinfə keçən Ziya Meqapolislər Olimpiadasında informatika fənni üzrə bürünc medal qazanmışdır. Ümumi komanda hesabında da azərbaycanlı şagirdlər 3-cü yerə (bürünc medal) layiq görülmüşlər.

  Nəzərinizə çatdıraq ki, 2-ci Meqapolislər Olimpiadasında 26 ölkənin 36 böyük şəhərinin 14-18 yaşlı məktəbliləri iştirak edirdilər. Biz də Ziyanı və ümumilikdə Bakı komandasını təbrik edirik. Uğurlarınız bol olsun!