Şagirdimiz referat - yazı müsabiqəsində şəhər turuna vəsiqə qazanıb

15 Aprel 2022

Yasamal Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 99-cu ildönümü münasibətilə referat - yazı müsabiqəsi keçirilmişdir. Liseyimizn 9a3 sinif şagirdi Aysu Poladova bu müsabiqədə “Qafqaz İslam Ordusu- Bakının düşmən işğalından azad olunması “ mövzusunda uğurla çıxış etmiş və müsabiqənin şəhər turuna vəsiqə qazanmışdır.
Aysunu və elmi rəhbəri liseyin tarix müəllimi Aytən Tahirlini təbrik edirik, növbəti turda uğurlar arzulayırıq.