Şagirdimiz Beynəlxalq Olimpiadada Gümüş medal qazandı

12 Noyabr 2021

  8-11 noyabr 2021-ci il tarixlərində Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadası (https://en.iafpho2021.uz) keçirilib. 

  Rusiya, Türkiyə, Tayland, Malayziya kimi 19 fərqli ölkədən şagirdlərin qatıldığı olimpiadada Azərbaycanı təmsil edən liseyimizin XI sinif şagirdi Eşqin Alıyev gümüş medal qazanıb.
  Qeyd edək ki, bu olimpiadada məktəblilərimiz iki gümüş və iki bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar.

  Bu münasibətlə məktəblilərimizi təbrik edir, uğurlar arzulayırıq. 
  https://edu.gov.az/az/news-and-updates/17183-1