"Sabahın alimləri” XIII Respublika Müsabiqəsində 4 komandamız medal qazandı

19 Aprel 2024

Aprelin 19-da “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin bağlanış mərasimi keçirilib.
Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov qalibləri təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində nailiyyətlər arzulayıb.Bağlanış mərasimində iştirak edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva layihənin əhəmiyyətindən danışıb, finalçılara uğurlar arzulayıb.Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öz növbəsində tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib və finalçıları təbrik edib.

Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr verilib.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına liseyin 4 komanda üzrə aşağıda adları göstərilən 7 şagirdi qaliblər sırasında yer alıb.

Mühəndislik kateqoriyası üzrə qızıl medal:
1. Əli Əfəndi
2. İsmayıl Rizayev

Riyaziyyat kateqoriyası üzrə gümüş medal:
1. Zaur Zeynallı
2. Zabit Xəlifəquliyev

Kompüter elmləri kateqoriyası üzrə:
1. Fatimə Balamirzəyeva
2. Nicat Əzizli

Riyaziyyat kateqoriyası üzrə bürünc medal:
1. Nüranə Əliyeva