“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsində I yer

14 Dekabr 2021

Dekabrın 14-də Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunan “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi yekunlaşıb.

Müsabiqənin finalında respublikanın 61 məktəbindən 20 komanda - 100 şagird iştirak edib. Şagirdlər münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdiriblər. Proqramlaşdırma və layihələrin hazırlanmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Bu müddət bitdikdən sonra hazırlanan layihələrin müdafiəsi həyata keçirilib.

Münsiflər heyətinin qərarına əsasən 5-7 və 8-9 siniflər üzrə I, II və III yerin qalibləri müəyyənləşdirilib.
Liseyimizin IX sinif şagirdi Məhəmməd İbrahimli komandası ilə birlikdə yüksək nəticə əldə edərək I yerə layiq görülmüşdür.

Həmin həyəcanlı anı YouTube kanalımızdan izləyə bilərsiniz: https://youtu.be/NlHoB12x0wU