Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər

10 Oktyabr 2017

  10 oktyabr 2017-ci tarixdə Akademik Zərifə Əliyeva adına liseyin 10A2 sinif şagirdləri liseyin Tarix müəllimi Aytən Tahirlinin rəhbərliyi ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər etmişlər. Liseyin şagirdləri qoruğun ərazisində yerləşən muzeylə tanış olduqdan sonra açıq hava muzeyini də gəzmişlər. Nəhəng mağaralar, qayaüstü təsvirlər şagirdlərdə dərin maraq oyatmışdır.