Sənəd qəbulu və qəbul imtahanı

10 İyun 2021

2021-2022 tədris ili üçün liseyə qəbul imatahanı 18 iyunda təşkil olunacaq. Qəbul imtahanı üçün onlayn qeydiyyat 11 iyun saat 18:00-da bitəcək. Onlayn qeydiyyatdan keçən şagirdlər sənədlərini 12 iyun saat 13:00-a qədər liseyə təqdim etməlidir. Karantin şəraiti nəzərə alınmaqla qəbul imtahanı 2 növbədə təşkil olunacaq. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda imatahan binasında olmağınız tövsiyə olunur. İmtahana gələrkən şəxsiyyət vəsiqənizi və buraxılış vərəqəsini gətirməyi unutmayın.