Qanla açdığınız azadlıq yolu bizlərə əmanət qaldı

26 Sentyabr 2021

Anım Günü ərəfəsində Akademik Zərifə Əliyeva adına liseyin müəllim kollektivi Şəhidlər xiyabanında 44 günlük müharibədə canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət etdilər.

    2012-ci il məzunumuz,  Cəbrayıl,  Füzuli və Xocavənd  uğrunda  döyüşlərdə qəhrəmanlıq göstərmiş , “Vətən  uğrunda”“Xocavəndin azad olunmasına görə ” medalları ilə təltif  edilmiş şəhidimiz çavuş Namiq Quliyevin məzarı önündə şəhidlərin ruhlarına dualar oxundu.  

   Ruhunuz şad olsun!