Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə gəzinti

15 Noyabr 2016

15 noyabr 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseyin 10a2 sinfinin şagirdləri, Tarix müəllimi Aytən Tahirlinin rəhbərliyi ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə səyahət etmişlər. Şagirdlər Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları ilə tanış oldular. Şagirdlərdə Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri xüsusi maraq oyatmışdı. Qəsrin qülləsinə çıxan şagirdlər, bu möhtəşəm abidəni  seyr etmişlər.