Osvald fon Volkenshtayn cəmiyyətinin prezidenti professor Sueglinde Hartmanla görüş

11 Oktyabr 2016

 11 oktyabr 2016-cı il tarixində Osvald fon Volkenshtayn cəmiyyətinin prezidenti professor Sieglinde Hartmann Akademik Zərifə Əliyeva adına liseyin qonağı oldu.

      Sieglinde Hartmann ali təhsilini Almaniyada almaq istəyən 9-10-11-ci sinif şagirdləri ilə görüş keçirdi. ŞagirdləSieglinde  Hartmanna aşağıdakı sualları ünvanladılar:

   1. İlk öncə Sizi vətənimizdə salamlayırıq. Alman dili haqqında məlumatımız olmadan Almaniyaya gedə bilərikmi və təhsilimizə başlamadan öncə orada Alman dili öyrənmək kimi bir imkanımız varmı?

    - Mən də sizlərlə tanış olduğum üçün çox sevinirəm. Bəli. Öz ixtisasınız üzrə təhsilə başlamadan əvvəl hər əcnəbi tələbə almanca dil imtahanından keçməlidir. (DSH və ya Test Daf)

   2. Almaniyada hansı məzuniyyət dərəcələri var?

    - Almaniya universitetlərində yeni qurulan və getdikcə yayılan ingiliscə-almanca ali təhsil proqramlarında aşağıdakı dərəcələr verilir:

1. Undergraduate (B.Sc.) : Ali təhsil diplomuna bərabərdir.

2. Graduate (M.A./M.Sc) : Magistr təhsil diplomuna bərabərdir.

3. Post-graduate (Ph.D) : Doktoranturaya bərabərdir.

   3. Almaniyada dil təhsili almaq istəsək, dil kursuna nə qədər davam etməliyik?

    - Çox az və ya heç dil bilməyənlər Almaniyada dil təhsilini tamamlayıb irəli səviyyə göstərən bir Sertifikat ala bilmək üçün təxminən bir il boyunca dil kursuna davam etməlidir.

   4. Almaniyada oxuduğumuz müddət ərzində harada yaşaya bilərik?

    - Almaniyada yataqxanalarda qala bilərsiniz. Bu məbləğ 200-300 avro təşkil edir. Şəxsi olaraq kirayə ev tutmaq isə sizin üçün baha ola bilər (500 avro).

   5. Almaniyada təhsil ödənişlidirmi?

    - 2007-ci ilədək tam ödənişsiz olub. Bu həm Almaniya, həm də xarici vətəndaşlara şamil olunurdu. 2007-ci ildən etibarən bir sıra universitetlərdə və bir sıra sahələrdə təhsil haqqı tətbiq olunmağa başladı. Bu qiymət universitetlərə və fakültələrə görə dəyişir. Təhsil haqqı bir semestr üçün maksimum 500 avro təşkil edir.

   6. Almaniyanın ən məşhur universitetləri hansılardır?

    - Münhen Texniki Universiteti, Heidelberg Universiteti, Münhen Universiteti, Freiburg və Bonn universitetləri və s.

    Son olaraq xanıSieglinde  Hartmanna təşəkkür edilərək xatirə şəkli çəkdirildi.