"Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları Naxçıvan şəhəri ilə tanış olublar.

26 Mart 2017

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Maarifləndirici tur-aksiyada iştirak edən Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərindən 10A1 sinif şagirdi Sənan Sadıqov və 10R1 sinif şagirdi Nailə Məmmədova və digər məktəblərin nümayəndələri ilk olaraq ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tur-aksiya iştirakçıları , həmçinin  Heydər Əliyev Muzeyi, Naxçıvanın tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, Batabat Dövlət Qoruğu, Batabat Astrofizika Rəsədəxanası, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Universiteti, Gənclər Mərkəzi  və s. ilə tanış olublar. 

Naxçıvana səfər haqqında təəssüratlarını ifadə edən 10A1 sinif şagirdi Sadıqov Sənan : "Mən, Sadıqov Sənan Akademik Zərifə Əliyeva adına liseyin 10A1 sinif şagirdiyəm.Ölkəmizi tanıyaq layihəsi ilə bağlı Naxçıvanda oldum.Naxçıvanın tarixi muzeyleri,qədim abidələri və bir çox görməli yerləri ilə tanış oldum.Naxçıvanın çox gözəl təbiəti,gözəl havası,qonaqpərvər insanları olduğunu gördum və bu səfər nəticəsində əmin oldum ki, Naxçıvan Azərbaycanın ən gözəl guşələrindən biridir".

10R1 sinif şagirdi Nailə Məmmədova: " Mən, Məmmədova Nailə Akademik Zərifə Əliyeva adına liseyin 10R1 sinif şagirdiyəm. Bir çox uşaqlar kimi, mən də Ölkəmizi tanıyaq layihəsi ilə Naxçıvana getdim. Naxçıvanın hər bir rayonunu gəzərək qədim və müasir yerlərini gördum. Naxçıvanda olduğum 3 gün ərzində Azərbaycanın necə zəngin tarixi, gülərüz insanları və gözəl təbiəti olduğuna bir daha əmin oldum".