“OCEP 2019” - Breyn-Ring

18 Aprel 2019

Aprel ayının 18-i Akademik Zərifə Əliyeva adına liseydə şagirdlərin təşkilatçılığı ilə liseyin X sinif Azərbaycan bölmələri arasında “OCEP 2019” layihəsi çərçivəsində olimpiya oyunlarına həsr olunmuş Breyn-Rinq keçirildi. Komandalara Olimpiya oyunları və Azərbaycan idmanı ilə bağlı maraqlı suallar yönləndirildi. Müəyyən zaman kəsiyində komandalar böyük həvəslə sualları cavablandırdılar. Gərgin mübarizə şəraitində keçən Breyn Rinqdə 10A3 sinfi I, 10A2 və 10a4+  sinifləri isə II yerə layiq görüldülər. Yarışın sonunda qaliblər diplomla təltif olundular.