OCEP 2019-a həsr olunmuş idman festivalı

17 Aprel 2019

17.04.2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Olimpiya Mədəniyyəti Təhsil Proqramına həsr olunmuş idman festivalı keçirilmişdir. Proqram çərçivəsində San Marino Respublikasını təmsil edən liseydə ilk öncə hər iki ölkənin himninin səsləndirilməsi ilə festival açıq elan edildi. Festivalda üç komanda San Marino, Olimpiya və Azərbaycan komandaları mübarizə apardılar. Bundan əlavə şagirdlərin iştirakı ilə Azərbaycan və San Marinoya aid milli rəqslər və Olimpiya oyunlarının əhəmiyyətini özündə əks etdirən səhnəcik nümayiş etdirildi. Yarışda iştirak edən komandalar kubok, medalla təltif edildilər. Bütün iştirakçılara Olimpiya Mədəniyyəti Təhsil Proqramının sertifikatı təqdim edildi.