Novruz bayramına həsr olunmuş tədbir.

19 Mart 2019

Hər il olduğu kimi bu il də Akademik Zərifə Əliyeva adına liseydə Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Liseyin fizika müəllimi Hədiyyə xanım Qənbərova və Bəhruz Tahiroğlu tərəfindən IX və X sinif şagirdləri tərəfindən hazırlanmış Novruzun gəlişinə həsr olunmuş tamaşada bayramın simvolu olan Kosa və Kecəl, Bahar qızı çıxış etdi. Baharın gəlişinə həsr olunmuş şeirlər söylənildi və rəqslər edildi.

Sonda söz liseyin direktoru Mehriban xanım Vəliyevaya verildi. Mehriban xanım ilk öncə tamaşanın ərsəyə gəlməsində zəhməti olan müəllimlərə və şagirdlərə öz təşəkkürünü bildirdi. Daha sonra hamının bayramını təbrik edərək, bu bayramın hər evə, hər ocağa bolluq gətirməsini, hər kəsə sevinc bəxş etməsini arzu etdi.