Müəllimlərimiz təltif ediliblər

06 Oktyabr 2022

Prezident İlham Əliyevin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamına əsasən liseyimizin tarix müəllimi Ağalarov Pərviz Hidayət oğlu “Tərəqqi” medalı ilə, eləcə də Elm və Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən tarix müəllimlərimiz Məhəmmədova Zemfira Nəcmuddin qızı və Rizayev Rüfət İbrahim oğlu "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə, riyaziyyat müəllimlərimiz Həsənov Əkbər Cümşüd oğlu və Laçınova Aynur Əhməd qızı isə "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif ediliblər.

Bu münasibətlə müəllimlərimizi təbrik edir, onlara işlərində bol-bol uğurlar arzu edirik.