Müəllimlərimiz Elburus Allahyarov və İradə Səmədova fəxri adlara layiq görülüb

04 Oktyabr 2017

  Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında iki sərəncam imzalayıb. Sevindirici haldır ki, təltif edilənlərin sırasında liseyimizin müəllimləri də yer alıb. İngilis dili müəllimi İradə Səmədova “Əməkdar müəllim”, kimya müəllimi Elburus Allahyarov isə  “Tərəqqi” medalı ilə təltif edilib. Müəllimlərimizi təbrik edir, uğurlarının davamını arzulayırıq.