Müəllimlər üçün psixoloji treninq

28 Yanvar 2020

Yanvar ayının 27-si liseydə müəllimlər üçün psixoloji treninq keçirildi. Treninq onkoloq, cərrah, psixoloq valeoloq İbrahim Əsədli və həkim, hipnoterapevt Elnay Rəhimov tərəfindən keçirildi. Treninqdə sağlam həyat tərzi, düzgün bəslənmə, müəllimlərin emosional tükənməsinin qarşısının alınması mövzuları müzakirə olundu. Sonda müəllimlər qonaqlara öz şəxsi sualları ilə müraciət etdilər.