Milli İnternet Mükafatını qazandıq

22 Dekabr 2016

“Uğur istəyirsinizsə, onu hədəfləməyin. Sadəcə sevdiyiniz və inandığınız işi edin.

                      Əmin olun ki, Uğur özü Sizə doğru gələcəkdir”.

                                                                                                    David Frost

Hər il keçirilən Milli İnternet Mükafatının Bakı Biznes Mərkəzinin ənənəvi yekun təqdimat mərasimində 2016-cı ilin qaliblərinin adları açıqlandı.

Bu il müsabiqəyə 11 nominasiya üzrə 303 sayt təqdim edilmişdir. Onlardan  yalnız qaydalara uyğun olan 238 sayt müsabiqəyə qəbul edilərək səsvermədə iştirak etmişdir. 

Müsabiqəyə qəbul olunan 238 saytın qiymətləndiriıməsində 15 nəfərlik münsiflər heyətindən 14 münsif 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirmişdir. Mobil tətbiqlərin qiymətləndirilməsində isə sahə üzrə 4 ekspert iştirak etmişdir.

Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə  11 nominasiya üzrə 238 sayt arasından ən yaxşı  67 sayt və 7 mobil tətbiq nominant statusu almışdır. Bu saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirmişdir. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilmişdir.

Səsvermənin 2-ci mərhələsi 09 dekabr tarixdə başlayaraq   18 dekabr tarixində başa çatmışdır.  Bu mərhələdə münsiflər saytları  mövcud meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirib  və verdikləri qiymətləri əsaslandırıblar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər nominasiya üzrə qaliblər seçilmiş və müsabiqədə 11 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunmuşdur, 2-ci və 3-cü yerlərin qaliblərinə isə  diplomlar təqdim edilmişdir.

Akademik Zərifə Əliyeva adına liseyin rəsmi saytı 238 sayt arasından seçilərək II yerə layiq görülmüşdür.  Liseyin direktoru Mehriban Vəliyevanı, İKT üzrə direktor müavini Aygün Əzizovanı, saytın üzərində əməyi olan hər kəsi və AKADEMİK ZƏRİFƏ ƏLİYEVA adına liseyin  kollektivini ürəkdən təbrik edir, inamlı addımlarla irəliləyərək daha yüksək zirvələri fəth etmələrini arzulayırıq!

Elm və təhsil

http://asanschool.az/

Qalib

http://www.z-aliyeva.edu.az

2-ci yer

http://www.kitabyurdu.az/

3-cüyer

http://xaricdetehsil.news

 

http://yasilelm.com/

 

http://ie.qu.edu.az

 

http://www.ekitab.net

Liseyimizin saytı - www.z-aliyeva.edu.az  II yerə layiq görüldü.

Saytın üzərində əməyi olanların və bütün AKADEMİK ZƏRİFƏ ƏLİYEVA LİSEYİNİN  KOLLEKTİVİNİ başda Mehriban Xanim olmaqla ürəkdən təbrik edirik!