Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyinə ekskursiya

21 Dekabr 2017

       21.12.2017-ci il tarixdə Akademik Zərifə Əliyeva adına liseyin 9r4 sinif şagirdləri ilə Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyinə ekskursiya təşkil edilmişdir. Ekskursiyaya liseyin İKT üzrə direktor müavini Kərim Tahiroğlu, 9r4-ün sinif rəhbəri Aynurə İsmayılova və laborant Qüdrət Kərimov rəhbərlik etmişlər. 

       Ekskursiya çərçivəsində şagirdlər milli aviasiyamızın tarixi və keçdiyi inkişaf yolu ilə tanış olmuş, muzey bələdçilərinin maraqlı söhbətlərini dinləmiş, müxtəlif auditoriyalarda təyyarə və helikopterlərin hərəkət mexanizmləri barədə məlumatlar əldə etmiş, MAA-nın zəngin kitabxanasına də baş çəkərək buradakı iş prosesi ilə maraqlanmışlar.  Aviasiya Akademiyasının nəzdində yaradılan H. Əliyevin xatirə muzeyini gəzən şagirdlər burada Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən qısametrajlı filmi də izləmişlər. 

       Ekskursiya boyunca xatirə şəkilləri çəkdirilmişdir.