Metodbirləşmələrlə görüş

09 Yanvar 2021

Akademik Zərifə Əliyeva adına liseydə buraxılış imtahanlarına hazırlıqların vəziyyətinin təhlili ilə bağlı olaraq liseyin direktoru Aynur xanım və rəhbərlik nümayəndələrinin fənn metodbirləşmələrinin nümayəndələri ilə görüşü təşkil olunmuşdur. Onlayn görüşlər riyaziyyat, ana dili və ədəbiyyat, ingilis dili fənn müəllimləri ilə müvafiq olaraq 6, 7 və 8 yanvar 2021-ci il tarixlərində keçirilmişdir. İclaslarda illik planlaşdırma materiallarının yerinə yetirilmə vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılmışdır.