Liseyimizin şagirdləri “ADR 100 – Məktəblilərarası LEGO Line Follower Robototexnika Olimpiadasında" 1-ci və 2-ci yerləri tutmuşlar

25 May 2018

25.05.2018 tarixində Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən Cümhuriyyətin 100 illiyinə həsr olunmuş Lego Line Follower robot yarışmasında liseyimizin iki komandası uğurla iştirak etmiş və ilk iki yeri tutmuşlar. Yarışda ümumilikdə 24 komanda iştirak edirdi. Çox sevindirici haldır ki, bu qədər komanda arasında şagirdlərimiz 1-ci və 2-ci oldular. Uşaqlarımızı təbrik edirik!