Liseyimizin şagirdi TEDxBHOS - 2018 tədbirində məruzəçi kimi çıxış edib

26 May 2018

  26.05.2018-ci il tarixdə Bakı Ali Neft Məktəbində TEDxBHOS - 2018 tədbiri keçirilmişdir. Məlumat üçün qeyd edək ki, TED Yayılmağa Dəyər Fikirlərə həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. İldə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, gələcək üçün paylaşılmağa dəyər ideyaları onların vasitəsilə dünyaya çatdırır.

  TEDx TED`in “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılmışdır. TEDx proqramı yerli TED`ə bənzər təcrübələr vasitəsi ilə ictimai birlikləri, qurumları və fərdləri danışıq və əlaqələrə təşviq etməyə kömək üçün nəzərdə tutulmuşdur. Bunun üçün TED hər bir fərdə öz yaşadığı şəhərdə və ya oxuduğu universitetdə, məktəbdə individual olaraq bu TEDx konfransını təşkil etməyi dəstəkləyir. Bakı Ali Neft məktəbində keçirilən TEDxBHOS konfransı da digərləri kimi TED`in lisenziyası əsasında “Alternativ” mövzusunda keçirilmişdir. Tədbirin məruzəçiləri ölkəmizin seçilmiş gənc iş adamları və tələbələr idi. Sevindirici haldır ki, onların arasında yeganə məktəbli bizim liseyimizin şagirdi Ayişə Nərimanova da yer almışdır.